• Вас интересует что-то?
  • +994554811148
  • info@bilik.al
  • Вас интересует что-то?
  • +994554811148
  • Компания

    Компьютерная Академия ШАГ
250

Veb layihələrin yaradılması və dizaynı

Описание

Saytların yaradılması və irəlilədilməsi dövrümüzdə ən çox ehtiyac duyulan xidmətlərdən biridir. “İnternetiniz yoxdursa, demək, siz də yoxsunuz” deyiminə əsaslanan şirkət və şəxslər qlobal şəbəkədə təmsil olunmaq arzusundadırlar. Elə bu səbəbdən də veb-proqramçınin işi həmişə olacaq, özüdə yüksək məvacibli (ayda təxminən 1500 manat).

“Veb-layihələrin hazırlanması və irəlilədilməsi” adlı kursumuz cəmi bir ilə sizə bu sahədə mütəxəssis olmağa imkan verəcək. Nəticədə siz keyfiyyətli trafikə (müştərilər, sifarişlər) malik və axtarış sistemlərində birincilər sırasında olan mükəmməl sayt yarada bilən hərtərəfli mütəxəssis ola biləcəksiniz.

Siz PHP və JavaScript kimi veb-proqramlaşdırma dillərini mənimsəyəcək, MySQL məlumatlar bazaları və Apache veb-serverləri ilə iş aparmağı öyrənəcəksiniz. Təbii ki, istənilən sayt nəinki sabit sürətdə işləməli, o həm də cazibədar interfeysə malik olmalıdır. Məhz bu səbəbdən də biz veb-dizayn üzərində dayanacağıq.

Kursu bitirdikdən sonra siz həm veb-proqramlaşdırma alət və texnologiyaları haqda dərin biliklərə malik olacaq, həm də sayt yaradılmasının əvvəldən axıradək bütün mərhələlərini öyrənəcəksiniz.Həftədə 2 dəfə 3 saat.

Aylıq ödəniş – 250 AZN

Semestr ödənişi - 1200 AZN

Tam təhsil müddətinin ödənişi - 2200 azn

Что вы выучите

Veb-dizayn. Sayt dizaynı. İstifadəçi rahatlığı (Usability)

Şablonların tərtibatı (HTML5 + CSS 3)

Layihələndirmə: layihələrin yaradılması və idarə olunması (PHP + MYSQL)

PHP

DMBS MySQL

Framework istifadəsi

JAVA Script и jQuery kitabxanası

Saytın məzmunun idarə edilməsi (Content Management Systems)

Cloud-servislər, domen və hosting

Sayta faydalı servislərin qoşulması

SEO, SMO, saytların irəlilədilməsi

Real sifariş misalında sayt üzərində kollektiv iş

Подробная информация

Более 40-ка курсов сотрудничают с нами. Присоединяйтесь к нам!